https://news.day.az/azerinews/1844683.html Çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO - VİDEO Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO - VİDEO

Azərbaycanca, 29 июня 2026 10:14 (UTC +04:00) 259
Çətənə kolu yetişdirən şəxs saxlanılıb

Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.

Ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • Çətənə kolu yetişdirən şəxs saxlanılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости