Qara zirə toxumu 8 həftədə "pis" xolesterini azalda bilər - ARAŞDIRMA
Yaponiyanın Osaka Şəhər Universitetinin alimləri qara zirə (Nigella sativa) toxumlarının piylənmə ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına kömək edə biləcəyini müəyyən ediblər. Araşdırmaya görə, bu toxum antioksidant və iltihabəleyhinə təsir göstərən flavonoid və fenol birləşmələri ilə zəngindir.
Day.Az xəbər verir ki, klinik tədqiqat zamanı iştirakçıların bir qrupu 8 həftə ərzində gündə 5 qram qara zirə tozu qəbul edib.
Nəticədə onların qanında ümumi xolesterin, LDL ("pis") xolesterin və triqliserid səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, HDL ("yaxşı") xolesterin isə yüksəlib. Nəzarət qrupunda isə belə dəyişiklik qeydə alınmayıb.
Tədqiqat müəllifləri hesab edirlər ki, qara zirə gələcəkdə piylənmə və ürək-damar xəstəliklərinin profilaktikasında funksional qida kimi istifadə oluna bilər. Alimlər bu təsirləri daha genişmiqyaslı və uzunmüddətli klinik araşdırmalarla təsdiqləməyi planlaşdırırlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре