https://news.day.az/azerinews/1844943.html Narkotikin təsirində avtomobil idarə edən sürücü həbs olundu Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş "Tofaş" markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.

Narkotikin təsirində avtomobil idarə edən sürücü həbs olundu

Azərbaycanca, 30 июня 2026 10:12 (UTC +04:00) 281
Narkotikin təsirində avtomobil idarə edən sürücü həbs olundu

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş "Tofaş" markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости