Peruda prezident seçkilərinin qalibi

Perunun mühafizəkar Xalq Qüvvəsi partiyasının lideri Keiko Fujimori ikinci turda səslərin hesablanmasına görə, prezident seçkilərində qalib gəlib.

Day.Az xəbər verir ki, bu barədə Perunun Milli Seçki Orqanı məlumat yayıb.

Fujimori 7 iyunda keçirilən ikinci turda səslərin 50,135%-ni, solçu "Peru üçün Birlikdə" partiyasının namizədi Roberto Sançes isə 49,865%-ni toplamışdı.

"Bülletenlərin 100%-i emal olunub. Bütün perulular üçün nizam və ümid yoluna qədəm qoymağa yaxınlaşırıq", - Fujimori sosial media platforması X-də seçkilərin nəticələri ilə bağlı şərh verib.

Milli seçki münsiflər heyəti Fujimorini iyulun 3-də rəsmi olaraq qalib elan edəcək.

Keiko Fujimorinin 51 yaşı var. O, Perunun keçmiş prezidenti Alberto Fujimorinin qızıdır.

Keiko Fujimorinin andiçmə mərasimi iyulun 28-də keçiriləcək. O, Perunun beş illik müddətə seçilən ilk qadın prezidenti olacaq.

Sançez əvvəllər Fujimori hökumətini tanımayacağını bildirmiş və səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdi.