Mütəxəssis yayda saç baxımı ilə bağlı tövsiyələr verib
Yay aylarında baş dərisinin daha tez yağlanması səbəbindən saçların yuyulma tezliyi dəyişə bilər. Dermatoloq Stefano Maria Serini bildirib ki, yağlı baş dərisi olan və ya aktiv həyat tərzi sürən şəxslərə saçlarını həftədə 5-6 dəfə yumaq tövsiyə edilir.
Day.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, quru və ya normal baş dərisinə sahib insanlar isə saçlarını hər 2-3 gündən bir yumalıdırlar. O qeyd edib ki, saçların yuyulma tezliyi baş dərisinin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir.
Stefano Maria Serini əlavə edib ki, saçlarını tez-tez yumağa ehtiyac duyan şəxslər saçın təbii yağ balansını pozmayan, yumşaq tərkibli və qidalandırıcı şampunlardan istifadə etməlidirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре