https://news.day.az/azerinews/1845457.html Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi Qlobal kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində qiymət artımı müşahidə olunub. Day.Az xəbər verir ki, bazar kapitallaşmasına görə lider mövqedə olan Bitcoin son sutkada 2,75 faiz bahalaşaraq 106 769 ABŞ dollarına yüksəlib. Digər aparıcı kriptovalyutalar da müsbət dinamika nümayiş etdirib.

Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi

Azərbaycanca, 2 июля 2026 10:11 (UTC +04:00) 283
Kriptovalyuta bazarında yüksəliş:

Qlobal kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində qiymət artımı müşahidə olunub.

Day.Az xəbər verir ki, bazar kapitallaşmasına görə lider mövqedə olan Bitcoin son sutkada 2,75 faiz bahalaşaraq 106 769 ABŞ dollarına yüksəlib.

Digər aparıcı kriptovalyutalar da müsbət dinamika nümayiş etdirib. Ethereum 2,52 faiz artaraq 3 031 dollara, XRP isə 2,25 faiz bahalaşaraq 4,06 dollara çatıb.

Eyni zamanda BNB 0,37 faiz, Solana 0,65 faiz, Dogecoin 1,22 faiz, Cardano 0,55 faiz, TRON isə 2,09 faiz dəyər qazanıb.

Qızılın qiymətinə indekslənən rəqəmsal aktivlərdə də artım qeydə alınıb. PAX Gold 2,25 faiz bahalaşaraq 4 061,02 ABŞ dollarına, Tether Gold isə 2,08 faiz yüksələrək 4 037,87 ABŞ dollarına çatıb.

Bazar analitiklərinin fikrincə, qiymət artımına investorların risk alma meylinin yüksəlməsi, spot ETF-lərə kapital axınının davam etməsi və qlobal maliyyə bazarlarında nikbinliyin güclənməsi əsas təsir göstərən amillər sırasındadır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости