https://news.day.az/azerinews/1845489.html Bakının bu hissəsində su kəsiləcək Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək içməli suyun verilməsində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.

Bakının bu hissəsində su kəsiləcək

Azərbaycanca, 2 июля 2026 11:51 (UTC +04:00) 329
Bakının bu hissəsində su kəsiləcək

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-ü günorta saatlarınadək içməli suyun verilməsində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.

ADSEA-dan bildirilib ki, fasilə su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

"İşlər başa çatdırıldıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq. ADSEA yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib",-deyə qurumun Mətbuat xidmətindən əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости