https://news.day.az/azerinews/1845724.html Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Day.Az xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Karsan" markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb. Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO

Azərbaycanca, 3 июля 2026 12:08 (UTC +04:00) 303
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı

Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Karsan" markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости