https://news.day.az/azerinews/1845778.html “Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı - FOTO Xəbər verdiyimiz kimi, "tiktok"er İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.

“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı - FOTO

Azərbaycanca, 3 июля 2026 15:17 (UTC +04:00) 325
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik”

Xəbər verdiyimiz kimi, "tiktok"er İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.

Day.Az azxəbər-ə istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən Amal Məlikovun bacısı sosial mediada paylaşım edib.

O bildirib ki, Arzum ilə heç bir barışıqdan söhbət gedə bilməz:

"Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, "barışıq" istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil".

O qeyd edib ki, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəklər:

"Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək".

  • “Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik”
  • “Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik”
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости