https://news.day.az/azerinews/1845798.html Kimlərə hansı hallarda ölkədən gedişə "STOP" qoyula BİLƏR? - VİDEO Dövlət Sərhəd Xidmətinin iyun ayı hesabatına əsasən, 825 nəfərin ölkədən çıxışı, 32 nəfərin isə ölkəyə girişi müxtəlif məhdudiyyətlər səbəbindən dayandırılıb. Bir çox vətəndaş bu qadağalardan yalnız sərhəd-keçid məntəqəsində, uçuşa saatlar qalmış xəbər tutduqlarını bildirir.

Kimlərə hansı hallarda ölkədən gedişə "STOP" qoyula BİLƏR? - VİDEO

Azərbaycanca, 3 июля 2026 16:23 (UTC +04:00) 298
Kimlərə hansı hallarda ölkədən gedişə "STOP" qoyula

Dövlət Sərhəd Xidmətinin iyun ayı hesabatına əsasən, 825 nəfərin ölkədən çıxışı, 32 nəfərin isə ölkəyə girişi müxtəlif məhdudiyyətlər səbəbindən dayandırılıb. Bir çox vətəndaş bu qadağalardan yalnız sərhəd-keçid məntəqəsində, uçuşa saatlar qalmış xəbər tutduqlarını bildirir.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, əvvəlcədən məlumat verilmədiyi üçün planlaşdırılmış səfərlər baş tutmayıb və ciddi maddi itkilər yaranıb.

Mütəxəssislər bildirir ki, belə məhdudiyyətlər adətən məhkəmə qərarı, icra işi və ya vergi və digər borclarla bağlı tətbiq olunur və bəzi hallarda yerində ödənişlə aradan qaldırıla bilir.

Qeyd olunur ki, vətəndaşlar səfərə çıxmazdan əvvəl Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və vergi xidmətinin elektron platformaları vasitəsilə öz hüquqi statuslarını yoxlamalıdırlar. Əks halda, sərhəddə gözlənilməz qadağa ilə qarşılaşmaq mümkündür.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости