Közərmə lampaları nə üçün yığışdırıldı? - Ekspert AÇIQLADI
Azərbaycanda 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatadək gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilib.
Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun səbəblərini izah edib.
O, bildirib ki, közərmə lampalarının dövriyyədən çıxarılması və ya hətta onların idxalına qadağa qoyulması ümumilikdə dünyada bu sahədə gedən tendensiya ilə bağlıdır.
"Bu lampalarda qiymətli material olan volframdan istifadə olunur və bu da onların istehsalını həm iqtisadi, həm də resurs baxımından səmərəsiz edir. Eyni zamanda, enerji sərfiyyatı baxımından da bu lampalar qənaətcil hesab olunmur.
Məncə, bu doğru bir addımdır və köhnə texnologiyaya aid olan közərmə lampalarının istifadədən çıxarılması daha məqsədəuyğundur. Müasir lampalar isə kifayət qədər yüksək işıqlandırma intensivliyinə malikdir və enerji baxımından daha səmərəlidir. Buna görə də bu lampaların tədricən dövriyyədən çıxarılması müsbət hal kimi qiymətləndirilə bilər", - o vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре