https://news.day.az/azerinews/1852440.html Şimali Koreya qısa mənzilli ballistik raket buraxıb Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının şərqində yerləşən dəniz istiqamətində qısa mənzilli ballistik raket buraxıb. Bu barədə Cənubi Koreya hərbi kommandanlığı məlumat yayıb. Son buraxılış Şimali Koreyanın bu il keçirdiyi bir sıra silah sınaqlarından sonra baş verib.

Şimali Koreya qısa mənzilli ballistik raket buraxıb

Azərbaycanca, 6 августа 2026 14:33 (UTC +04:00) 163
Şimali Koreya qısa mənzilli ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının şərqində yerləşən dəniz istiqamətində qısa mənzilli ballistik raket buraxıb.

Bu barədə Cənubi Koreya hərbi kommandanlığı məlumat yayıb.

 

Son buraxılış Şimali Koreyanın bu il keçirdiyi bir sıra silah sınaqlarından sonra baş verib. Həmin sınaqlara qısamənzilli ballistik raketlər, artilleriya raketləri və ölkənin hərbi imkanlarını gücləndirmək məqsədi daşıyan digər taktiki silahlar daxildir.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, son təsdiqlənmiş silah sınağı iyunun sonunda keçirilib. Sınaq zamanı təkmilləşdirilmiş 240 millimetrlik yaylım atəşli reaktiv sistem, taktiki ballistik raketlər və 155 millimetrlik özüyeriyən haubitsa sınaqdan keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости