https://news.day.az/azerinews/1852633.html Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - VİDEO "Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir".

Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - VİDEO

Azərbaycanca, 7 августа 2026 14:43 (UTC +04:00) 204
Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama

"Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir". 

Day.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət yalnız mədaxil hissədəki məhdudiyyətdən (red: 5 dəfədən çox mədaxil olarsa, komissiya tutulacaq) və hər bir məhsul üzrə aylıq 20 min manat mədaxildən gedir: "Razılaşmaya əsasən, ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil edilməsi limitləşdirilib. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq.

Keçmişdə olduğu kimi istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilərlər. Söbət yalnız mədaxil hissədə məhdudiyyətdən və  hər bir məhsul üzrə 5 və 20 min manatdan gedir. Bir hesaba bağlıdırsa, biz orada bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik. Eyni zamanda, bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına mədaxillərini istisna etmişik".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости