https://news.day.az/azerinews/1854049.html
Küləkli havada dənizə girmək təhlükəlidir - FHN
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Nazirliyin müraciətində deyilir:
Küləkli havada dənizə girmək təhlükəlidir - FHN
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Nazirliyin müraciətində deyilir:
"Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Unutmayın, aydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin".
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре