https://news.day.az/azerinews/1854265.html Avropa Atletika Çempionatında qalmaqal yaşanıb, polis əməliyyat keçirib Birmingemdə keçirilən Avropa Atletika Çempionatında medal təqdimi mərasimi polis əməliyyatı səbəbindən təxirə salınıb. Sky News xəbər verir ki, "Alexander Stadium"da təxminən 23 min tamaşaçının iştirak etdiyi yarışdan sonra 30 yaşlarında bir kişi dələduzluq şübhəsi ilə saxlanılıb.

Avropa Atletika Çempionatında qalmaqal yaşanıb, polis əməliyyat keçirib

Azərbaycanca, 16 августа 2026 17:04 (UTC +04:00) 219
Avropa Atletika Çempionatında qalmaqal yaşanıb, polis əməliyyat keçirib

Birmingemdə keçirilən Avropa Atletika Çempionatında medal təqdimi mərasimi polis əməliyyatı səbəbindən təxirə salınıb.

Sky News xəbər verir ki, "Alexander Stadium"da təxminən 23 min tamaşaçının iştirak etdiyi yarışdan sonra 30 yaşlarında bir kişi dələduzluq şübhəsi ilə saxlanılıb. Hadisə ilə əlaqədar çempionatın nəqliyyat xidməti müvəqqəti dayandırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Buna görə, planlaşdırılan medal təqdim etmə mərasimi baş tutmayıb. Saxlanılan şəxs hazırda polis nəzarətindədir və dindirilir.

Təşkilatçılar bildiriblər ki, tamaşaçıların, idmançıların və əməkdaşların təhlükəsizliyi əsas prioritetdir. Gecikmələr səbəbindən nəqliyyatda sıxlıq və uzun növbələr yaranıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости