https://news.day.az/azerinews/1854138.html Türkiyənin süni intellektlə çəkilmiş serialı təqdim olunub - VİDEO Türkiyənin tamamilə süni intellektin köməyi ilə çəkilmiş ilk serialı işıq üzü görüb. "Amazon Prime" onlayn platforması iki 15 dəqiqəlik bölümdən ibarət "Qala divarları" ("Castle walls") serialını təqdim edib. Serialın hadisələri müasir İran ərazisində yerləşən Əlamut qalasında cərəyan edir.

Türkiyənin süni intellektlə çəkilmiş serialı təqdim olunub - VİDEO

Azərbaycanca, 15 августа 2026 16:07 (UTC +04:00) 239
Türkiyənin süni intellektlə çəkilmiş serialı təqdim olunub

Türkiyənin tamamilə süni intellektin köməyi ilə çəkilmiş ilk serialı işıq üzü görüb.

"Amazon Prime" onlayn platforması iki 15 dəqiqəlik bölümdən ibarət "Qala divarları" ("Castle walls") serialını təqdim edib.

Serialın hadisələri müasir İran ərazisində yerləşən Əlamut qalasında cərəyan edir. Ekran işində real aktyorlar rol alıb, müxtəlif dillərdə səsləndirməni isə peşəkar aktyorlar həyata keçiriblər.

 

Layihənin ssenarisini daha əvvəl "El Turco" serialı üzərində çalışmış Kerem Deren və Çisil Hazal yazıblar. "Ay Yapım" prodüser şirkəti bildirib ki, serialın hazırlanması prosesinə "operativ təkmilləşdirmə və yaradıcı işlənmə" məqsədilə ChatGPT çat-botları, "vizual araşdırma və ilham" üçün isə "MidJourney" cəlb olunub. Bundan əlavə, müəlliflər "Runway", "Google Nano Banana", "Veo", "Kling", "ComfyUI" və "Topaz" botlarından da istifadə ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости