https://news.day.az/azerinews/1854376.html Hovuzda uşaqların təhlükəsizliyi üçün bunlara mütləq diqqət ETMƏLİSİNİZ Yay aylarında uşaqların hovuz və dənizə marağı artır. Lakin isti havalarda su hövzələrində istirahət edən ailələr üçün təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, uşaqların suda təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət böyüklərin üzərinə düşür.

Hovuzda uşaqların təhlükəsizliyi üçün bunlara mütləq diqqət ETMƏLİSİNİZ

Azərbaycanca, 17 августа 2026 11:46 (UTC +04:00) 147
Hovuzda uşaqların təhlükəsizliyi üçün bunlara mütləq diqqət

Yay aylarında uşaqların hovuz və dənizə marağı artır. Lakin isti havalarda su hövzələrində istirahət edən ailələr üçün təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, uşaqların suda təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət böyüklərin üzərinə düşür.

Hovuz və dəniz mövsümündə uşaqların təhlükəsizliyi üçün valideynlər nələrə diqqət etməlidir?

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ən vacib qaydalardan biri uşağı suda bir an belə nəzarətsiz buraxmamaqdır. Uşaq üzməyi bacarsa belə, böyüklərin nəzarəti mütləqdir. Xüsusilə kiçik yaşlı uşaqlar üçün dayaz su belə təhlükəli ola bilər.

Valideynlər hovuz və ya dəniz kənarında uşağın suya daxil olduğu zaman mobil telefon, söhbət və digər diqqət yayındıran amillərdən uzaq olmalıdırlar. Nəzarət edən şəxs uşağın yanında, onu daim görə və lazım gəldikdə dərhal müdaxilə edə biləcəyi məsafədə dayanmalıdır.

Uşaqlara erkən yaşdan üzməyi öyrətmək də mühüm profilaktik tədbirlərdəndir. Bununla belə, üzmə bacarığı uşağın təhlükəsiz olduğu anlamına gəlmir. Dənizdə dalğalar, axınlar, qəfil dərinləşmə, hovuzlarda isə sürüşmə və digər risklər yarana bilər.

Mütəxəssislər həmçinin uşaqlar üçün yaşa və ölçüyə uyğun xilasedici jilet və təhlükəsizlik vasitələrindən istifadə etməyi tövsiyə edirlər. Qeyd etmək vacibdir ki, adi şişmə oyuncaqlar və qolbaqlar xilasedici vasitə hesab edilmir və uşağın təhlükəsizliyinə zəmanət vermir.

Dənizdə çimərkən valideynlər xüsusi müəyyən edilmiş və xilasedicilərin nəzarət etdiyi ərazilərə üstünlük verməlidirlər. Güclü külək, dalğa və ya dənizdə təhlükəli şərait barədə xəbərdarlıq olduqda suya girməkdən çəkinmək lazımdır.

Uşaqlara suyun təhlükələri də izah edilməlidir. Onlara tanımadıqları və ya icazəsiz su hövzələrinə girməmək, qəfil suya atılmamaq, digər uşaqları suya itələməmək və təhlükə yarandıqda dərhal böyüklərdən kömək istəmək öyrədilməlidir.

Əgər uşaq suda təhlükə ilə üzləşərsə, böyüklər panikaya düşməməli, dərhal xilasediciyə və təcili yardıma müraciət etməlidirlər. Hadisənin qarşısını almağın ən effektiv yolu isə təhlükə baş verməmişdən əvvəl davamlı nəzarət və düzgün təhlükəsizlik qaydalarına əməl etməkdir.

Yay istirahətinin xoş xatirələrlə yadda qalması üçün əsas prinsip uşaq suyun yanında olduqda nəzarət heç vaxt dayandırılmamalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости