Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verilib
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yerləşən və Ukrayna şairi, yazıçısı Taras Şevçenkonun abidəsinin ucaldıldığı meydana onun adı verilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, sözügedən meydanın "Taras Şevçenko meydanı" adlandırılması nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda Taras Şevçenkonun abidəsi 2008-ci ildə ucaldılıb. Bürüncdən hazırlanan abidənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir. Abidə Azərbaycanın paytaxtında Ukrayna xalqının görkəmli şairinə ehtiram əlaməti olaraq yaradılıb.
Taras Şevçenko (1814-1861) Ukrayna ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri, şair, yazıçı və rəssamdır. Onun yaradıcılığı Ukrayna milli ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре