Az söz bilmək düşüncəni də kasadlaşdırır
Filoloq Svetlana Krasilnikova bildirib ki, arxaizm və tarixizmləri öyrənmək insanın söz ehtiyatını zənginləşdirməklə yanaşı, düşüncə qabiliyyətini də inkişaf etdirir.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu sözlərdən gündəlik istifadə vacib olmasa da, mənalarını bilmək mədəni savadlılığın bir hissəsidir.
Alim qeyd edib ki, insanların daha az oxuması, klassik ədəbiyyatdan uzaqlaşması və müxtəlif nitq üslubları ilə az tanış olması dilin kasadlaşmasına səbəb olur. Nəticədə insanın söz ehtiyatı daralır və fikirlərini ifadə etmək imkanları azalır.
Krasilnikovanın fikrincə, zəngin lüğət ehtiyatı insana müxtəlif məna və üslub çalarlarını daha yaxşı ifadə etməyə imkan verir. Dilin kasadlaşması isə insanın mədəni ənənələrlə əlaqəsini zəiflədə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре