https://news.day.az/azerinews/1855446.html
Pilləkənlərlə müntəzəm gəzmək ömrü uzada bilər
Endokrinoloq Zuxra Pavlova pilləkənlərlə müntəzəm qalxmağın sağlamlıq üçün faydalı olduğunu bildirib. Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu fiziki aktivlik ürək xəstəliklərindən ölüm riskini 39 faiz, bütün səbəblərdən ölüm riskini isə 24 faiz azalda bilər.
Pilləkənlərlə müntəzəm gəzmək ömrü uzada bilər
Endokrinoloq Zuxra Pavlova pilləkənlərlə müntəzəm qalxmağın sağlamlıq üçün faydalı olduğunu bildirib.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu fiziki aktivlik ürək xəstəliklərindən ölüm riskini 39 faiz, bütün səbəblərdən ölüm riskini isə 24 faiz azalda bilər.
Həkim qeyd edib ki, pilləkənlərlə gəzmək infarkt, insult və ürək çatışmazlığından qorunmağa kömək edir. Bunun üçün hər gün cəmi bir neçə mərtəbə qalxmaq kifayətdir.
Dizləri qorumaq üçün Pavlova yuxarı mərtəbələrə piyada qalxmağı, aşağı isə liftlə enməyi məsləhət görüb. Ciddi ürək problemi olan şəxslərə isə fiziki yüklənməyə bir pillədən başlamağı tövsiyə edib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре