https://news.day.az/azerinews/1857972.html Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək. Day.Az xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

Azərbaycanca, 5 сентября 2026 10:27 (UTC +04:00) 117
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.

Day.Az xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı 5 sentyabr tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.

5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости