https://news.day.az/azerinews/1858321.html Bakıda bəzi marşrutlar üzrə əlavə 150 avtobus xəttə buraxılacaq - AYNA Rəsmisi "150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək". Bunu Day.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov deyib. O, yeni tədris ilinin başlanması ilə tıxacların aradan qaldırılması üçün qurumun mövcud planlarından danışarkən deyib.

Bakıda bəzi marşrutlar üzrə əlavə 150 avtobus xəttə buraxılacaq - AYNA Rəsmisi

Azərbaycanca, 7 сентября 2026 15:50 (UTC +04:00) 140
Bakıda bəzi marşrutlar üzrə əlavə 150 avtobus xəttə buraxılacaq

"150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək".

Bunu Day.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov deyib. 

O, yeni tədris ilinin başlanması ilə tıxacların aradan qaldırılması üçün qurumun mövcud planlarından danışarkən deyib.

O, qeyd edib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 7 ekspres marşrutu təşkil edilib.

"Bundan  savayı 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. Hazırda metro xətlərinin ayrılma layihəsi başlandığı andan əlavə 150 avtobus Bakı şəhərində bu 34 marşrutu gücləndirib. 34 gücləndirilmiş marşrutla ümumillikdə gün ərzində 520 000 sərnişin daşınır. Bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir", - deyə o bildirib.

T. Orucov qeyd edib ki, təhlillər davam edir və real vaxt rejimində lazımi qərarlar qəbul olunur, təkmilləşmələr aparılır:

"M6 ekspes marşrutu uzadıldı, yeni M7 marşrutu istifadəyə verildi, 2 marşruta (M1 və M2) ikinci validatorlar quraşdırılaraq orta qapıdan daxil olma imkanı yaradıldı, tələbat olan dayanacaqlarda genişləndirilmə işləri aparılır. Vacib məqam isə - 150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək", - deyə qurum rəsmisi vurğulayıb. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости