https://news.day.az/azerinews/1858363.html “Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir İş mühitində hər gün yaşanan "Nahar vaxtı nə yeyək?" və "Sifarişimiz vaxtında çatacaqmı?" qayğıları artıq geridə qalır. Şirkətlərin və onların əməkdaşlarının vaxtına dəyər verən "Plan & Eat" korporativ nahar həlli platforması rəsmi olaraq fəaliyyətini genişləndirir.

“Bu gün nə yeyək?” sualı tarixə qovuşur: “Plan & Eat” Azərbaycanda korporativ nahar mədəniyyətini kökündən dəyişir

Azərbaycanca, 7 сентября 2026 17:20 (UTC +04:00) 225
“Bu gün nə yeyək?” sualı tarixə qovuşur:

İş mühitində hər gün yaşanan "Nahar vaxtı nə yeyək?" və "Sifarişimiz vaxtında çatacaqmı?" qayğıları artıq geridə qalır. Şirkətlərin və onların əməkdaşlarının vaxtına dəyər verən "Plan & Eat" korporativ nahar həlli platforması rəsmi olaraq fəaliyyətini genişləndirir.

İndiyə qədər 25 000-dən çox yemək çatdıran və 3 000-dən artıq razı istifadəçi auditoriyası toplayan platforma, ofis əməkdaşlarının, eləcə də böyük istehsalat obyektləri və fabriklərin qidalanma prosesini tamamilə rəqəmsallaşdırır. 

Ənənəvi korporativ qidalanmaya müasir rəqəmsal alternatıv

Plan & Eat sadəcə bir çatdırılma xidməti deyil - şirkət büdcəsinə qənaət edən və əməkdaşların motivasiyasını artıran innovativ platformadır. Sistem həm kiçik ofislər, həm böyük korporativ müəssisələr, həm də tədbir (catering) ehtiyacları üçün fərdiləşdirilmiş abunəlik modelləri təqdim edir.

"Plan & Eat" platformasının əsas üstünlükləri: 

Zəngin və fərdiləşdirilmiş menyu: 15-dən çox müxtəlif dünya mətbəxini əhatə edən, həftəlik 90-dan çox ləzzətli yemək seçimi. Vegetarian, pəhriz/sağlam, kombo və fast-food kateqoriyaları ilə hər bir əməkdaş öz zövqünə uyğun rasion formalaşdıra bilir. 

Çevik planlaşdırma və idarəetmə: İstifadəçilər platforma üzərindən yemək planlarını əvvəlcədən seçə, lazımi günlərdə sifarişi ertələyə və ya ləğv edə bilərlər.

Dəqiq vaxtında çatdırılma: İş prosesini və iclas qrafiklərini pozmadan, yeməklər hər gün təyin olunmuş sabit vaxt aralığında birbaşa ünvanlara çatdırılır.

Təşkilati və irimiqyaslı həllər: Ofis işçilərindən başqa, zavod, anbar və böyük dövlət qurumları üçün yüksək gigiyena standartlarına cavab verən kütləvi qidalanma logistikası təmin edilir.

Nahar fasiləsi - sadəcə yemək zamanı deyil, enerji toplamaq imkanıdır

"Biz inanırıq ki, 'bu gün nə yeyim?' sualı günün ən çətin seçimi olmamalıdır. Bizim məqsədimiz nahar fasilələrini sadəcə qida qəbulu deyil, əməkdaşların rahatlaşdığı, enerji topladığı və ünsiyyət qurduğu dəyərli dəqiqələrə çevirməkdir" - deyə "Plan & Eat" komandasının nümayəndələri bildirir

Şirkətlər "Plan & Eat" tərəfindən təklif olunan StandartPlus kimi çevik həftəlik/aylıq abunə paketlərindən yararlanaraq həm öz komandalarının sağlamlığının qayğısına qala, həm də vaxt itkisinin qarşısını ala bilərlər.

Platformanın xidmətləri, abunəlik şərtləri və menyu imkanları ilə tanış olmaq üçün planandeat.az rəsmi veb-saytına daxil ola bilərsiniz. 

Plan & Eat haqqında: 

"Plan & Eat" - korporativ müəssisələr, ofislər və böyük işçi heyəti olan təşkilatlar üçün fərdiləşdirilmiş gündəlik nahar çatdırılması və tədbir keyterinqi xidmətlərini təmin edən rəqəmsal platformadır. Şirkət keyfiyyətli tərkib, dəqiq loqistika və geniş menyu seçimi ilə iş yerlərində sağlam qidalanma mədəniyyətini formalaşdırır.

Plan & Eat-ə qoşulmaq istəyən şirkət işçiləri, şirkətlərini bizim xidmətə qoşmaq istəyən İnsan Resursları departamentlərinin əməkdaşları və eləcə də Plan & Eat ilə qida tərəfdaşı olmaq istəyən şirkətlər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

E-poçt: [email protected]

Telefon: (+994 10) 265 61 34

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости