https://news.day.az/azerinews/1858974.html "Həzi Aslanov" stansiyasındakı işlərin tamamlanacağı vaxt AÇIQLANDI Bakı metrosunda Həzi Aslanov-Əhmədli stansiyaları arasındakı tunellərlə bağlı müxtəlif istiqamətlərdə işlər davam etdirilir. İşlərin hansı mərhələdə olduğu və nə zaman tamamlana biləcəyi ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

"Həzi Aslanov" stansiyasındakı işlərin tamamlanacağı vaxt AÇIQLANDI

Azərbaycanca, 10 сентября 2026 10:16 (UTC +04:00) 188
"Həzi Aslanov" stansiyasındakı işlərin tamamlanacağı vaxt

Bakı metrosunda Həzi Aslanov-Əhmədli stansiyaları arasındakı tunellərlə bağlı müxtəlif istiqamətlərdə işlər davam etdirilir.

İşlərin hansı mərhələdə olduğu və nə zaman tamamlana biləcəyi ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Day.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Həzi Aslanov stansiyasının dalan yolunda əsaslı təmir və yenidənqurma işləri sonuncu mərhələyə qədəm qoyub.

Qeyd olunub ki, bu mərhələ çərçivəsində dalan infrastrukturunun qurulması işləri planlı şəkildə davam etdirilir.

"Hazırda yolun salınması, kommunikasiya xətlərinin çəkilməsi və digər zəruri işlər həyata keçirilir. Bütün işlərin noyabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости