https://news.day.az/azerinews/1859347.html 132 və 50 nömrəli avtobuslar YENİLƏNİR? - AYNA-dan CAVAB Hövsan-Əhmədli metrosu istiqamətində fəaliyyət göstərən 132 nömrəli və Yeni Günəşli-Neftçilər metrosu istiqamətində sərnişindaşıma xidməti göstərən 50 nömrəli avtobuslarla bağlı sərnişinlər arasında müəyyən narazılıqlar mövcuddur.

132 və 50 nömrəli avtobuslar YENİLƏNİR? - AYNA-dan CAVAB

Azərbaycanca, 11 сентября 2026 16:08 (UTC +04:00) 217
132 və 50 nömrəli avtobuslar

Hövsan-Əhmədli metrosu istiqamətində fəaliyyət göstərən 132 nömrəli və Yeni Günəşli-Neftçilər metrosu istiqamətində sərnişindaşıma xidməti göstərən 50 nömrəli marşrut avtobusları ilə bağlı sərnişinlər arasında müəyyən narazılıqlar mövcuddur. Sözügedən marşrutlarda istifadə olunan avtobusların yenilənməsi və daha müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi məsələsi ictimaiyyət üçün aktual olaraq qalır. Bu baxımdan, qeyd olunan marşrutların avtobus parkının nə zaman yenilənəcəyi ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənmək istədik.

Day.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda paytaxt üzrə yenilənməyə ehtiyac olan nəqliyyat vasitələri mərhələli qaydada yeniləri ilə əvəzlənir.

Qurum qeyd edib ki, özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.

Son olaraq sorğuya cavab olaraq vurğulanıb ki, brutto-müqavilənin tətbiqi ilə avtobus parkının yenilənməsi sürətlənəcək. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости