https://news.day.az/azerinews/1861358.html Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub - FOTO 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub - FOTO

Azərbaycanca, 20 сентября 2026 18:24 (UTC +04:00) 268
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.

Çıxış edənlər bildiriblər ki, dövlət suverenliyi anlayışı hər bir müstəqil dövlətin fundamental əsaslarından biridir. Məhz buna görə də 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabr ayının 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Qürur hissi ilə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlar zamanı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyata keçirilmiş Vətən müharibəsi və sonrakı əməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətə çatdırılıb.

Həmçinin şəxsi heyətə Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiya quruluşunun bütün ərazilərimizdə tam bərpa olunması və milli həmrəyliyin güclənməsinin təcəssümü olduğu izah edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla yad ediblər.

  • Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости