https://news.day.az/azerinews/1862905.html Bir milyard insan həlak ola bilər - Bil Qeyts süni intellektlə bağlı xəbərdar edib "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts NBC News telekanalına müsahibəsində bildirib ki, süni intellektin inkişafı bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb ola bilər.

Bir milyard insan həlak ola bilər - Bil Qeyts süni intellektlə bağlı xəbərdar edib

Azərbaycanca, 26 сентября 2026 17:05 (UTC +04:00) 272
Bir milyard insan həlak ola bilər

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts NBC News telekanalına müsahibəsində bildirib ki, süni intellektin inkişafı bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb ola bilər.

"Şübhəsiz ki, süni intellekt bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələri idarə etmək üçün kifayət qədər güclüdür", - deyə Qeyts bildirib.

 

Onun sözlərinə görə, süni intellekt şirkətlərinin yalnız özünütənzimləməsi kifayət deyil. O, ABŞ hakimiyyətini müvafiq qanunvericilik qəbul etməyə, həmçinin hüquq-mühafizə orqanlarını və siyasətçiləri texnologiyanın inkişafına nəzarət və monitorinq prosesinə cəlb etməyə çağırıb.

"Bu, məcburi olmalıdır. Bu, sənaye üçün cüzi əlavə xərc yaradacaq, lakin onların gördüyü işlərin kəskin şəkildə yavaşlamasına səbəb olmayacaq", - deyə Qeyts əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости