https://news.day.az/azerinews/1863431.html
Bu şəhərə rekord səviyyədə yağıntı düşüb
Yaponiyanın paytaxtı Tokioda müşahidələr tarixində ən uzunmüddətli yağışlar yağıb. Day.Az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsinin mətbuat xidməti məlumat yayıb. Yağıntılar paytaxtda avqustun 27-də başlayıb.
Bu şəhərə rekord səviyyədə yağıntı düşüb
Yaponiyanın paytaxtı Tokioda müşahidələr tarixində ən uzunmüddətli yağışlar yağıb.
Day.Az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Yağıntılar paytaxtda avqustun 27-də başlayıb. Hazırda yağışlı hava 34 gündür davam edir ki, bu da 1886-cı ildən, yəni statistikanın aparılmağa başlandığı vaxtdan bəri ən uzunmüddətli yağış dövrüdür.
Sinoptiklər anomal yağıntıları sentyabr ayında Yaponiyanın yaxınlığından keçən bir sıra tayfunlarla əlaqələndirirlər. Ən dağıdıcı tayfunlardan biri 4 mindən çox sakini işıqsız qoyan "Ducuan" tayfunu olub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре