Stresə qarşı fortepiano musiqisinin faydası araşdırılıb
Çin Elmlər Akademiyasının Psixologiya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, sakitləşdirici fortepiano musiqisi stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Day.Az xəbər verir ki, tədqiqatda iştirak edən 120 gənc əvvəlcə vaxt məhdudiyyəti şəraitində riyazi tapşırıqları yerinə yetirib, daha sonra isə fortepiano musiqisi və ya su səsləri dinləyib. Nəticələr göstərib ki, musiqi dinləyənlərin əhvali-ruhiyyəsi daha çox yaxşılaşıb, ürək döyüntüləri və tərləmə səviyyəsi daha sürətlə azalıb.
Alimlərin fikrincə, sakitləşdirici musiqi stresdən sonra rahatlamağa kömək edə bilər. Bununla belə, araşdırma yalnız sağlam gənclər arasında aparıldığından, eyni təsirin depressiya və təşviş pozuntusu olan insanlarda müşahidə edilib-edilməyəcəyi hələ məlum deyil.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре