https://news.day.az/azerinews/741026.html “Ebola” virusunun yeni formasına qarşı vaksin olmadığı açıqlandı

“Ebola” virusunun yeni formasına qarşı vaksin olmadığı açıqlandı

Azərbaycanca, 23 января 2016 09:59 (UTC +04:00) 632
“Ebola” virusunun yeni formasına qarşı vaksin olmadığı açıqlandı

Day.Az представляет новость на азербайджанском языке.

Syerra-Leonedə "Ebola" virusuna iki yeni yoluxma halı xəstəliyin ikinci nəslinə aiddir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebola üzrə xüsusi nümayəndəsi Bryus Eylvard bəyan edib.

"Ebola" mutasiya edir. Xəstəliyin ikinci nəslinə aid vaksin hələ ki, yoxdur. Üçüncü nəsil formasının olub-olmayacağı isə hələ ki sual altındadır", deyə B. Eylvard bildirib.

Yanvarın 21-də Ümumdünya Səhiyyə Təşkilatı Syerra-Leonedə "Ebola" virusuna yeni yoluxma halları qeydə alıb. Qeyd edək ki, 2015-ci ilin noyabrında ölkədə epidemiyanın sona çatdığı bəyan edilmiş, Syerra-Leone "Ebola"dan azad ölkə elan olunmuşdu. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости