https://news.day.az/azerinews/822472.html
Bu ölkədə zəlzələ baş verdi
Bu ölkədə zəlzələ baş verdi
Day.Az представляет новость на азербайджанском языке
Bazar ertəsi Yunanıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib.
Day.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 07:59-da baş verib. Zəlzələnin episentri Afinadan 296 km. qərbdə və Patrı şəhərindən 122 km. qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 8 km. dərinliyində olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре