Səudiyyə Ərəbistanı turistlərdən pul alacaq

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanından çıxmaq istəyən əcnəbi turistlər ölkəyə ödəniş etməli olacaqlar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ölkə ərazisini tərk etmək istəyən təqribən 50 dollar ödəməlidir.

Bundan başqa, ölkəyə iki aylıq birdəfəlik giriş vizası 50 dollardan 530 dollaradək artırılıb. Əcnəbi hər bir əlavə aya görə 26 dollar ödəməlidir. Zəvvarlar üçün Krallığa ilk səfər isə pulsuz olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.