IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi payız mövsümündə - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Day.Az bildirir ki, 2016-cı il payız mövsümündə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Zamanla üz-üzə" Beynəlxalq layihəsinin davamının keçirilməsi planlaşdırılmışdır. Layihənin bədii rəhbəri - Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak (Ukrayna), Roland Fraysitzer (Avstriya) və solist Yuliya Purgina (Avstriya) iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam - bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.
2016-cı ilin 30 noyabr, 2 dekabr, 7 dekabr və 9 dekabr tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində "Zamanla üz-üzə" Beynəlxalq layihəsi çərçivəsində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir.
Qeyd edək ki, ilk dəfə 2007-2008-ci illər mövsümündə reallaşdırılmış layihənin 12 konsertində barokko və klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spektr əhatə edilmişdir. Bir çox əsərlər Bakıda ilk dəfə səslənmiş, hər bir proqram böyük hadisəyə çevrilmişdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре