https://news.day.az/azerinews/948931.html Ermənilərin HƏSƏD APARDIĞI azərbaycanlı general - VİDEO General şəhid anasının əlini öpdü, ermənilər də bunu öz generallarına nümunə göstərdilər. 1 həftə əvvəl Azərbaycan Texniki Universitetində anım tədbiri keçirilib. Milli.Az bildirir ki, mərasimdə 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edilib.

Ermənilərin HƏSƏD APARDIĞI azərbaycanlı general - VİDEO

Azərbaycanca, 8 ноября 2017 22:09 (UTC +04:00) 3 312
Ermənilərin HƏSƏD APARDIĞI azərbaycanlı general

General şəhid anasının əlini öpdü, ermənilər də bunu öz generallarına nümunə göstərdilər.

1 həftə əvvəl Azərbaycan Texniki Universitetində anım tədbiri keçirilib. Milli.Az bildirir ki, mərasimdə 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edilib. Medalı şəhidin anasına sabiq birləşmə komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov təqdim edib. Bu zaman general ehtiram əlaməti olaraq şəhid anasının əlini öpüb və hüzurunda baş əyib.

1997-ci ildə döyüş tapşırığını yerinə yetirə ananr rzayev və onunla birlikdə şəhid olmuş qəhrəmanlar barədə sənədli film çəkilib. Filmin təqdimatı da şəhidlərdən birinin övladının təhsil aldığı Ali Məktəbdə təşkil edilib. Yaşar Aydəmirov da şəhid anasının əlini o mərasimdə öpüb.

Bu hadisə ermənistanda da gündəmin əsas məsələslələrindən birinə çevrilib və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Erməni "Facebook" istifadəçiləri də ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun həmin fotosunu sosial şəbəkədə paylaşıblar. Fotoya "Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil" qeydini də əlavə ediblər. Yayılan fotoya şərhlərdə isə istifadəçilər bilidiriblər ki, şəhid və əsgər analarını nəyinki əlini öpən, onları qəbul edən belə yoxdur. Onlar daim fiziki zorakılığa məruz qalıb haqlı tələblərini tələb edərkən dəyənəklərlə döyülərək dövlət qurumlarının qarşısından qovulublar.

 

Ermənilər etiraf edib ki, artıq gənclərdə vətənpərvərlik deyə bir şey qalmayıb. Bu duyğunu isə elə başda dövlət özü öldürüb. Erməni əsgərləri nəyin uğrunda belə öldüklərini bilmirlər. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənilərin HƏSƏD APARDIĞI azərbaycanlı general

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости