Gülay Zeynalova: "Zamanı çatanda hər kəs biləcək!"

Day.Az представляет интервью на азербайджанском языке.

Milli.Az xəbər portalına gənc mugam ifaçısı,"Xalq Ulduzu-1"müsabiqəsinin favoritlərindən olan Gülay Zeynalovanın müsahibəsi:

- Gülay xanım, bu isti yay günlərində nə edirsiniz; dincəlirsiniz yoxsa hansısa işlə məşgulsunuz?

- Şükürlər olsun, hər şey yaxşıdır,amma bəzi səbəblərdən istirahətlə baglı şəhərdən kənara cıxa bilmədik.

- Həmişə Qədirova kimi tanıdıgımız Gülay, ailə qurduqdan sonra Zeynalova soyadı ilə özünü necə hiss edir; xoşbəxtdirmi?

- Təbii ki, xoşbəxtəm. Çünki öz secimimdi - ailəm də, ailə qurdugum insanda. Düzdü, sənətdə ifaçı üçün soyad reklamdır, amma ailə qurduqdan sonra təbii ki, soyad dəyişilməlidir. Bu, adət-ənənədir, qız ailə qurdugu zaman oğlanın soyadını daşıyır.

- Həyat yoldaşınız Kamil bəy idmançıdır. İdmançıların xarakterləri bir az fərqli olur. Sizin necə, Kamil bəylə sənətinizə görə fikir ayrılıqlarınız olubmu?

- Sənətlə baglı mübahisələrimiz olmur, əksinə, o, hər zaman mənə dəstəkdir. Amma başqa mövzularda aradabir olur. Amma axırda məsləhətləşib bir ortaq məxrəcə gəlirik. Kamil məni başa düşür, mən də Kamili. Düşünürəm, ailədə belə də olmalıdır.

- İnşallah, yaxın zamanda ana olacaqsınız, bu duyğunun həyəcanını necə hiss edirsiniz? İndidən övladınıza ad düşünmüsünüzmü: ad qoyma vəzifəsi daha çox kimin üzərinə düşəcək?

- Allah-Təala bu analıq hisslərini bütün qızlara nəsib etsin. Çox böyük xoşbəxtlikdir. Artıq övladımızın adı hazırdır, hələ üstəlik, cinsiyyəti də məlumdur. Amma bu barədə çox danışmaq istəməzdim, çünki bəd nəzərdən çox qorxanam. İnşallah, zamanı çatanda hər kəs biləcək.

- Gülay Zeynalovanın ən böyük uğuru qarşıdadır yoxsa elə bu sənətə gəlməyi ən böyük ugur sayır?

- Bu sənətin sonuncu uğuru yoxdur, sadəcə, uğurların sayı-hesabı var. İnşallah, qarşıda konsert olacaq, klip olacaq...

- Belə düşünürəm ki, Gülay Zeynalova hələ sənətdə sözünü tam deməyib. Geniş səs diapazonuna maliksiniz. Muğam aləmində fırtına edə bilərsiniz?

- Hələ tezdir - desəm ki, sənətdə sözümü demişəm. Öyrənirik də. Hər zaman da öyrənməliyik. Muğam cox çətin, çox məsuliyyətli bir sənətdir, incəlikləri öyrənməyə çalışıram.

- Gülay xanım, elə bir həmkarınız varmı ki, sizə can deyib, can eşitsin, amma arxaya keçən kimi haqqınızda mənfi fikirlər söyləsin?

- Həmkarlarım çoxdur. Amma hər kəslə arada çox böyük bir məsafə var. Məncə, belə daha yaxşıdır. Ola bilsin, kimsə nəsə deyər arxamca. Deyir, desin də. Məsafə də elə belə adamlar ücündür.

- Siz, ümumiyyətlə, özünüzü hansı aləmdə görürsünüz? Sizə şou-biznes əhli kimi müraciət etmək olarmı?

- Şükürlər olsun, bu gün muğama da, digər sahələrə də çox böyük şərait yaradılır. Şou-biznes estrada oxuyanlar ibarətdir. Amma mən buna daxil deyiləm!

- Sənətdə ən yaxın dostlarınız kimlərdir; sizin bu sənətə gəlməyinizdə kimlərin əsas rolu olub və muğam dərslərini kimdən almısınız?

- Ustadım Arif Babayevdir. Milli Konservatoriyanı bu il bitirdim. Sənətdə dostum yoxdur. Sənətə məni anam gətirib, hər zaman da məni dəstəkləyib.

- Gülay xanım, şou-biznesdə gənc ifaçılar bir-birilərinə qarşı qısqanclıq hissləri yaradırlar, hər kəs yalnız özünü bəyənir. Sizcə bu, belədirmi? Bəyəndiyiniz ifaçı varmı şou-biznesdə? Varsa ad çəkə bilərsiziniz?

- Mən qeyd elədim ki, şou-biznesə daxil deyiləm. Mənim qulaq asdığım, dinlədiyim ifaçılar hər bir janrın ustadlarıdırlar.

- Mən bilirəm ki, özünüzü şou-biznesə daxil etmirsiniz, amma inanmıram ki, Gülay Zeynalova sadəcə, muğam dinləyir. Hər halda, performans göstərən, gündəmdə olan ifaçılar var. Röya, Natavan Həbibi, Sevda Yəhyayeva, Zamiq, Ayan, Leyla Ramazanlı və bu siyahıni uzatmaq da mümkündür. Bunların arasında dinlədiyiniz konkret bir şəxs yoxdu?

- Bilirsiniz, konkret kiməsə qulaq asmıram. Radioda, efirdə gözəl musiqi olanda qulaq asıram.

- Yəqin ki, inşallah, övladınız dünyaya gələndən sonra bir müddət sənət fəaliyyətinizdən uzaq düşəcəksiniz. Sizcə bu, haradasa səsinizə və karyeranıza mane olmayacaq ki?

- Yox, uzaqlaşmaq söhbəti yoxdur. Təxmini 1 ay ola bilər. O müddətdə efirdə kliplər və mahnılarım gedəcək. İnşallah, yaxşı olacaq hər şey.

- Müqəddəs Ramazan bayramını artıq yaşamaqdayıq. Gülay xanım necə, oruc tutacaqmı?

- Təbii ki, məlum məsələlərdən dolayı, mənim oruc tutmamağım günah sayılmır. Fürsətdən istifadə edib sizi, Milli.Az kollektivini və oxuyucularını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Müsahibə üçün də təşəkkür edirəm.