https://news.day.az/showbiz/598626.html Azərbaycanın məşhur qrupu yürüş edəcək

Azərbaycanın məşhur qrupu yürüş edəcək

Шоу-бизнес, 22 июля 2015 11:29 (UTC +04:00) 1 212
Azərbaycanın məşhur qrupu yürüş edəcək

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupu yeni layihəyə imza atıb.

"Şou biz"ə eksklüziv müsahibə verən əməkdar artist Natiq Şirinov beynəlxalq festivala hazırlşadıqlarını açıqlayıb.

O bildirib ki, ilk dəfə olaraq Qafqazda keçirilən Beynəlxalq Ritm Festivalı avqust ayında baş tutacaq. Festivaın Şəki şəhərində reallaşacağı planlaşdırılır.

Son hazırlıq məşqlərini həyata keçirən qrupun rəhbəri Natiq Şirinov festivalda baş verəcək yenilik haqqında da məlumat verib. O qeyd edib ki, başqa festivallardan fərqli olaraq burada məşhur ritm ifaçıları iştirak edəcək.

Avqustun 22-i Şəki şəhərində baş tutacaq tədbirdə Azərbaycanın 100-ə yaxın nağaraçısı yürüş edəcək.

Xatırladaq ki, Şəki bundan başqa bir neçə beynəlxalq festivala ev sahibliyi edib. Belə ki, iki gün ön cə bu tarixi şəhərdə Şirniyyat festivalı baş tutub. Bir neçə ay öncə isə İpək Yolu Şəki Beynəlxalq Musiqi Festivalı keçirilib.

Avqust ayında bu şəhərdə Moto festivalın da keçirilməsi planlaşdırlır.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости