Türkiyə hökuməti: "Yerevanın bəyanatı etimad doğurmur"
Day.Az представляет новость на азербайджанском языке
"Yerevanın Ankara ilə münasibətləri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı etimad doğurmur".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması haqqında bəyanatına baxmayaraq, Ermənistan bu istiqamətdə heç bir addım atmayıb:
"Məlum olduğu kimi, Ermənistan Türkiyə ərazilərinə iddia edir, Türkiyəni tarixi faktlarla təsdiq olunmayan qondarma "erməni soyqırımı"nda ittiham edir".
O qeyd edib ki, əgər Ermənistan həqiqətən də Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə, Ankaranın ünvanına olan bütün bu iddialardan əl çəkməlidir:
"Həmçinin rəsmi Yerevan beynəlxalq hüquqa hörmət etməlidir, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir".
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa hazır olduğunu bəyan edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре