Minimum əməkhaqqı artacaq, maaşlar da yüksələcək: 700 min vətəndaşa şamil olunacaq - VİDEO
Minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan vətəndaşları deyil, vahid tarif cədvəlinin bütün pillələri üzrə çalışanların da əməkhaqlarını artıracaq.
Day.Az xəbər verir ki, millət vəkili Vüqar Bayramov 2027-ci ilin əvvəlində minimum əməkhaqqının artırılmasının gözlənildiyini və bu artımın dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan 700 mindən çox şəxsi əhatə edə biləcəyini bildirib.
Deputatın sözlərinə görə, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu dəyişiklik təxminən 1 milyon 100 min pensiyaçını əhatə edəcək. Yeni qaydalara əsasən, daha aşağı pensiya alanların məbləğlərinin daha çox artırılması üçün diferensial indeksləşdirmə tətbiq olunacaq.
Bayramov qeyd edib ki, vahid tarif cədvəli üzrə maaşlar 19 dərəcə əsasında müəyyənləşdirilir və hazırda aylıq tarif maaşları 400-1150 manat arasında dəyişir. Minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə maaşların yüksəlməsinə səbəb olacaq. Müəllim və həkimlərin əməkhaqlarında artımlar isə çalışdıqları qurum və tətbiq olunan əməkhaqqı meyarlarına uyğun həyata keçiriləcək.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре