https://news.day.az/azerinews/1087147.html
Oğurluq edən şəxslər saxlanılıb
Oğurluq edən şəxslər saxlanılıb

Day.Az представляет новость на азербайджанском языке
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре