https://news.day.az/azerinews/1864821.html
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanı - FOTO
Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən iki yarışda uğurla çıxış edərək iki qızıl medal qazanıb. Bu barədə Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, təmsilçimiz əvvəlcə 2026-cı il üzrə Böyük Britaniyanın Milli Yaş Qrupları Finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanı - FOTO
Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən iki yarışda uğurla çıxış edərək iki qızıl medal qazanıb.
Bu barədə Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, təmsilçimiz əvvəlcə 2026-cı il üzrə Böyük Britaniyanın Milli Yaş Qrupları Finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha sonra 2026-cı il üzrə Böyük Britaniya çempionatında iştirak edən gimnastımız uğurunu təkrarlayıb. O, final mərhələsində 29.100 xal toplayaraq qızıl medala sahib olub.
Beləliklə, Tofiq Əliyev iştirak etdiyi hər iki yarışı qızıl medalla başa vurub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре