https://news.day.az/azerinews/1864658.html “Biləv” SES-də indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb Fəaliyyətə başladığı dövrdən bu ilin oktyabr ayınadək "Biləv" Su Elektrik Stansiyasında (SES) 672,9 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

“Biləv” SES-də indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Azərbaycanca, 5 октября 2026 11:44 (UTC +04:00) 225
“Biləv” SES-də indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Fəaliyyətə başladığı dövrdən bu ilin oktyabr ayınadək "Biləv" Su Elektrik Stansiyasında (SES) 672,9 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

5 oktyabr 2010-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Gilançay üzərində tikilən ümumi gücü 20 MVt olan "Biləv" Su Elektrik Stansiyası istismara verilib.

Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Ölkənin iqtisadi potensialı 27 QVt təşkil edir. Bunun 3 QVt-ı külək, 23 QVt-ı günəş enerjisinin payına düşür. Bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.

"Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ümumi güc 2 170 MVt-a, stansiyaların sayı isə 85-ə çatıb. Onlardan 65-i su elektrik stansiyasıdır və ümumi gücü 1 443,5 MVt təşkil edir. Ölkədə, həmçinin, 6 külək elektrik stansiyasının 306,5 MVt, 10 günəş elektrik stansiyasının 378,2 MVt, 3 hibrid elektrik stansiyasının 7,3 MVt və 1 biokütlə elektrik stansiyasının 37 MVt gücü var.

Beləliklə, bərpa olunan enerji mənbələrinin payı Azərbaycanın ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək ölkədə ümumi gücü təxminən 1,5 QVt olan bərpa olunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda su elektrik stansiyalarında 2,499 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 242 milyon kilovat-saat və ya 10,7 faiz çoxdur.

Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 373,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə bu göstərici 448,5 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 16,629 milyon ABŞ dolları dəyərində 319,040 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib.

Trend-in komitənin məlumatları əsasında hesablamasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı dəyər ifadəsində 36,105 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcm ifadəsində isə 600,885 milyon kilovat-saat və ya 2,9 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,26 faiz təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости