Azərbaycanda avtobus qəza törətdi: ölən var

Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində İmişli rayon sakini R.Məmmədov idarə etdiyi "Hyundai" markalı mikroavtobusla yolu keçən şəhər sakini Rəvan Babazadəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.