Bakı-Qazax yolunda otla dolu maşın yanır

Bakı-Qazax yolunun 360 km-də, Göygöl rayonunundan keçən hissəsində otla dolu "Maz" markalı yük maşını yanır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, maşın hərəkətdə olarkən yanmağa başlayıb. 

1988-ci il təvəllüdlü sürücü Həşimov Vüsal Həsən oğlu alışmanın qəfil baş verdiyini deyir. 

Hadisə yerinə Göygöy rayon Yanğından Mühafizə Bölməsinin iki yanğınsöndürən maşını cəlb olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.