https://news.day.az/azerinews/1155209.html Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş - FOTO Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş - FOTO

Azərbaycanca, 11 сентября 2019 16:42 (UTC +04:00) 846
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Day.Az-a bildirilib ki, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости