https://news.day.az/azerinews/1155210.html
Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi
Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi
Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi müəyyənləşib.
Day.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı boksçu sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gələcək.
ABŞ-lı boksçu 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan Fonteyn 6 dəfə məğlub olub.
Qeyd edək ki, Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb, bir dəfə isə Avropa çempionu olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре