https://news.day.az/azerinews/1195244.html Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb - FOTO Doqquz ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb. Dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub.

Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb - FOTO

Azərbaycanca, 18 января 2020 18:42 (UTC +04:00) 1 045
Dəvə ilə səyahətə çıxan turist Gəncəyə çatıb

Doqquz ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.

Dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir.

O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub.

Məhəmməd Əmiri Rudan açıqlamasında Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri heç vaxt görmədiyini deyib: "Mən artıq haqqında çox eşitdiyin Gəncə şəhərindəyəm. Burada dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəm və şəhərin bir çox yerlərini gəzəcəm".

Məhəmməd Əmiri Ruda

Məhəmməd Əmiri qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb:

"Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər".

Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Azərbaycanda Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də gedəcəyini açıqlayıb. (apa)

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости