https://news.day.az/azerinews/1205407.html Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib - FOTO Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib. Sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub.

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib - FOTO

Azərbaycanca, 22 февраля 2020 14:55 (UTC +04:00) 10 114
Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib

Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.

Sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaşımız iştirak ediblər.

Tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış ediblər. Natiqlər Qarabağ həqiqətlərindən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolundan, Azərbaycan evinin bu istiqamətdə fəaliyyətindən, Almaniyada yaşayan tanınmış rəssam Əşrəf Heybətovun bir sənətkar kimi bu hadisələri öz əsərlərində təsvir etməsinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu cür tədbirlər azərbaycanlıların bir araya gəlməsinə, Xocalı soyqırımı və digər mövzular ətrafında müzakirələrə səbəb olub. Dünyadakı soydaşlarımızın Azərbaycanın taleyüklü məsələlərində birlik və yekdillik nümayiş etdirməsinin vacibliyi vurğulanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости