https://news.day.az/azerinews/1252942.html 18 yaşlı şəhidimizin FOTOSU

18 yaşlı şəhidimizin FOTOSU

Azərbaycanca, 13 июля 2020 09:51 (UTC +04:00) 3 410
18 yaşlı şəhidimizin

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

Day.Az Qafqazinfo-ya istinadən bildirir ki, düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz şəhid olub.

"Qafqazinfo"nun məlumatına görə, Xəyyam Daşdəmirov əslən İsmayıllının Bilik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib. 

Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var. 

  • 18 yaşlı şəhidimizin
  • 18 yaşlı şəhidimizin
  • 18 yaşlı şəhidimizin
  • 18 yaşlı şəhidimizin
  • 18 yaşlı şəhidimizin
  • 18 yaşlı şəhidimizin
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости