Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi

Baş Prokurorluq Bakıda qətlə yetirilən şəxslə bağlı məlumat yayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb: "Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".