Baş tacımız

Bu gün Azərbaycanın qüdrətli ordusu Şuşa şəhərini erməni işğalçılarından azad edib. Adama yuxu kimi gəlir. Ancaq bu bir reallıqdır. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Bu günləri düz 28 il gözlədik.Əziz Şuşa! Qarabağın döyünən ürəyi.Bəli biz qalib xalqın nümayəndəsiyik. Bu gün milyonlarla azərbaycanlının sevincli günüdür. Bu gün xalqımızın yaddaşında əbədi həkk olunacaq. Şuşa Qarabağımızın mədəniyyət beşiyidir. Qarabağ xanlığının paytaxtı olub. Şuşa, Xan Şuşinski, Üzeyir Hacıbəyli, Xurşidbanu Natavan kimi dahilərin yurdudur. Bu gün onların ruhu şaddır həmçinin Şuşa uğrunda şəhid olanların ruhu da şaddır. Şuşa qalası artıq öz doğma nəfəsiylə isinir. Özümü çox şanslı sayıram ki, bu günlərin canlı şahidiyəm. Bu gün bütün ölkə Şuşanın işğaldan azad edilməsini bayram edir. Xalqımız bu gün çox xoşbəxtdir. Torpaqlarımız azad olduqca qəddimiz düzəlir, xəcalət yükündən azad oluruq. Şuşanın və bütövlükdə Qarabağın alınmasıyla itmiş səsismiz, itmiş zənguləmiz yenidən pərvazlanacaq. 

Mədəniyyətimizin beşiyi olan Şuşa yenidən bərpa olunacaq, daha da gözəlləşəcək. Müxtəlif dünya səviyyəli musiqi festivalları keçiriləcək. Və onda dünya görəcək ki, 28 il ölü şəhərə çevirilən Şuşa Azərbaycan xalqının doğrudan da mədəniyyət və musiqi beşiyidir. 

Zəfər sənindir Azərbaycan əsgəri!

Fərid Zöhrabov